Dünya

Tokayev İtaliya və Vatikana səfər edəcək

15 Yanvar 2024 23:00
Baxış: 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır.

O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Kasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.