Dünya

Ekvadorda bütün girovlar azad edilib

14 Yanvar 2024 11:44
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda cinayətkar dəstələrin üzvlərinin girov saxladığı bütün həbsxana əməkdaşları azad edilib, daha bir məhbus isə girovluqdan qaça bilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan əvvəl 24 həbsxana nəzarətçisi və 17 inzibati vəzifəsi olan şəxsin azadlığa buraxıldığı, 133 həbsxana nəzarətçisi və 3 inzibati vəzifəli şəxsin məhbusların girovluğunda qaldığı açıqlanmışdı.

Qeyd edək ki, həbsxanalarda zorakılığın başlaması fonunda Ekvador Prezidenti Daniel Noboa 60 günlük fövqəladə vəziyyət elan edib. Bundan sonra bir neçə silahlı hücum olub, ən azı 4 polis oğurlanıb. Həftənin əvvəlində silahlı şəxslər Dövlət Televiziyasına soxularaq bir neçə jurnalisti girov götürüblər.

İndiyə qədər baş verən zorakılıq halları nəticəsində ən azı 19 nəfər ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.