ABŞ Prezidenti Co Baydenin administrasiyası Yəməndə hakim "Ənsar Allah" hərəkatının "husiləri"nin hücumları ilə bağlı Tehrana mesaj göndərib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Amerika liderinin özü məlumat verib.
"Mesajı onlara özəl olaraq çatdırdıq və əminik ki, hərtərəfli hazırlaşmışıq", - Bayden deyib.
Lakin ABŞ prezidenti bu mesajın təfərrüatlarını açıqlamayıb. İranın özünün Vaşinqtonla əlaqə saxlayıb-yaxmaması və onun nümayəndələrinin məsələnin müzakirəsində iştirak edib-etməməsi də məlum deyil.
Bu arada Yəmən "husilər"i ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər . Hərəkatın nümayəndəsi ölkəyə raket hücumunda iştirak etmiş Birləşmiş Ştatlar və Böyük Britaniyanı "tez cavab"la hədələyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun