7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu ilə başlayan müharibəyə İsrail dövləti 31 dekabra qədər 6,6 milyard dollar xərcləyib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxminən 4,5 milyard dollar müdafiəyə (müharibənin aparılmasına - red.), qalanı isə mülki məqsədlərə yönəldilib.
Büdcə kəsiri isə 20 milyard dolları ötüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun