Dünya

Almaniya Səudiyyə Ərəbistanına raket tədarükünə icazə verdi

11 Yanvar 2024 00:51
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanına silah tədarük etməyə razılaşıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında təsdiqləyib.

Bu, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk belə hal olacaq.

Daha əvvəl belə məlumatı "Der Spiegel" jurnalı yaymışdı. Məlumata görə, Almaniya həmçinin "Diehl Defence" şirkətinin istehsalı olan 150 ədəd "IRIS-T" raketinin tədarük edilməsinə icazə verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.