Dünya

ŞOK: Berlin İrəvana pul təklif etdi - Rusiya ilə müharibəyə gir, Qarabağ ermənilərini...

10 Yanvar 2024 14:12
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Rusiya sərhədçilərinin tez bir zamanda ölkədən çıxarılması və bir sıra digər anti-Rusiya addımları müqabilində Ermənistana maliyyə dəstəyi təklif edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Mənbənin sözlərinə görə, Almaniya erməni tərəfini Qərbin anti-Rusiya siyasətinə sürükləmək və İrəvanla Moskva arasında mümkün qədər çat yaratmaq niyyətindədir.

"Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkənin hakimiyyət orqanlarının Rusiyaya dostluq edən şəxslərdən təmizlənməsində maraqlıdır", - məlumatlı mənbə deyib.

Qeyd olunur ki, bunun müqabilində Berlin İrəvana lazımi vəsaiti verəcəyini vəd edir. Bundan başqa, almanlar Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq istəyən Nikol Paşinyana dəstək verməyi planlaşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.