Dünya

İsrail təhlükəsizlik qüvvələri Qüds yaxınlığında hücum cəhdinin qarşısını aldı

7 Yanvar 2024 22:40
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin təhlükəsizlik qüvvələri Qüds yolunda avtomobillə hücum cəhdinin qarşısını alıb. Hadisə nəticəsində bir fələstinli uşaq güllə yarasından ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata əsasən, insident İordan çayının qərb sahilində, Qüds yaxınlığında yerləşən yəhudi Givat Zeev qəsəbəsi yaxınlığındakı keçid məntəqəsində baş verib. Avtomobilin toqquşması nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb.

Polis hadisəni terror aktı kimi qiymətləndirir, sürücü sərhədçilər tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində üç yaşlı fələstinli qız yaralanıb və onun ölüm xəbəri hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən təsdiqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.