Dünya

Blinken Miçotakislə razılığa gəldi

7 Yanvar 2024 08:04
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və ABŞ Dövlət katibi Entoni Blinken müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş nazirinin rəsmi saytında məlumat verilib.

Məlumatda ikitərəfli münasibətlərin "əla" vəziyyəti qeyd edilib və müdafiə sahəsində əməkdaşlıqla bağlı gələcək müsbət addımların atılacağı bildirilib.

Blinken və Miçotakis həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Yunan Baş nazir Qəzza zolağına humanitar yardımın maneəsiz axınının təmin edilməsinin vacibliyini bildirib və böhranın həllinin yalnız siyasi yolla ola biləcəyini qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.