Dünya

Almaniyanın məşhur şəhərində epidemiya ELAN EDİLDİ

6 Yanvar 2024 22:03
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Münhen şəhərində qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, münhendə qripə yoluxanların sayı son üç həftə ərzində sürətlə artmağa davam edir. Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub.

Robert Koç İnstitutu yeni epidemiyanın əlamətlərini də açıqlayıb. Məlumata görə, yeni xəstəlik qrip, yüksək hərarət, titrəmə, tərləmə, yorğunluq, baş ağrısı, oynaq ağrıları, öskürək, boğaz ağrısı, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

Xəstələrin üçdə birində yüngül, digərlərində isə ağır simptomlar müşahidə olunur.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri təxminən 16 600 qripə yoluxma faktı aşkarlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.