Dünya

“Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb

5 Yanvar 2024 03:05
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meta Platforms"un baş icraçı direktoru Mark Zukerberq 2023-cü ilin dördüncü rübündə təxminən 428 milyon ABŞ dolları dəyərində şirkətin səhmlərini satıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, bu, onun iki il ərzində ilk səhm satışıdır. Bu, şirkətin səhmlərinin qiymətinin son 7 ildə ən aşağı səviyyəyə enməsi fonunda baş verib. Bazar tənzimləyicisinin hesabatına görə, Zukerberq noyabrın 1-dən ilin sonuna qədər olan dövrdə hər ticarət günü səhm satıb. Bu dövr ərzində "Meta Platforms"un təxminən 1,28 milyon səhmi satılıb.

M.Zukerberq orta hesabla hər satışdan 10,4 milyon ABŞ dolları gəlir əldə edib. Ən yüksək gəliri (17,1 milyon ABŞ dolları məbləğində) isə şirkət rəhbəri dekabrın 28-də əldə edib.

Bütövlükdə, M.Zukerberq "Meta"nın təxminən 13 % səhmlərinə sahibdir. Onun sərvəti təxminən 125 milyard ABŞ dolları dəyərindədir, bu isə, M.Zukerberqi dünyanın yeddinci ən zəngin adamı edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.