Dünya

İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub

4 Yanvar 2024 00:12
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Kirman əyalətində baş verən iki partlayış nəticəsində üç polis əməkdaşı həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Kirmanda törədilən terror aktı nəticəsində xalqa xidmət edən üç polis əməkdaşı həlak olub", - hüquq-mühafizə orqanlarının sözçüsü Sərdar Müntəzir əl-Mehdi bildirib.

Xatırladaq ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin ölümünün növbəti ildönümünə həsr olunmuş mərasim zamanı iki partlayış baş verib. "Tasnim" agentliyinin məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikincisi isə təxminən 1 km məsafədə baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.