ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə bir hissəsindən çoxunu tətildə keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Post"da məqalə yer alıb.
Belə ki, Bayden ilin 138 gününü (bütün ilin 37%-i) istirahət edib. Onun bir nömrəli istirahət məkanı Delaverdəki iqamətgah olub.
Nəşrdə qeyd olunub ki, Bayden həmçinin Kemp Deviddə (Merilend), Karib dənizindəki Sent-Krua adasında (ABŞ Virciniya adaları) və Taho gölündə (Nevada) vaxt keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun