Dünya

“L'Oreal”ın varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın oldu

30 Dekabr 2023 23:05
Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "L'Oreal" kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cümə axşamı "L'Oreal"ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.

Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.

Xanım Bettenkourt-Mayers Fransanın ən varlı adamları arasında LVMH-nin qurucusu Bernard Arnaultdan (179 milyard dollar) sonra ikinci yerdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.