Dünya

"Hər kəs bilməlidir ki ..." - Zaxarovanın Podolyaka cavabı

30 Dekabr 2023 20:11
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hakimiyyəti öz əhalisini zombiləşdirməyə çalışır ki, onları silah gücü ilə səngərlərə sürükləyib orada bitirsin.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Teleqram kanalında açıqlamasına münasibət bildirərkən deyib.

"Hələ də "bank terrorçularını" dinləyən hər kəs bilməlidir: Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib. Qılıncla, qumbara ilə gələni qovurdular. Ölkəni və ya xalqını məhv etməyə cəhd edən hər kəsə insanlıqdan məhrumetmə resepti verildi"- deyə o yazıb.

Podolyak "klassik" danışıqlardan imtina ilə bağlı bəyanatlardan əlavə, Avropa İttifaqının Ukraynaya yardımını davam etdirəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, artıq bəzi liderlərin davranışında və Kiyevə münasibətdə genişmiqyaslı transformasiya baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.