Dünya

Hökumətə çağırış edildi: “İranı xəritədən silin”

30 Dekabr 2023 21:48
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ senatoru Lindsi Qrem Co Bayden hökumətini İranı xəritədən silməyə çağırıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, senator müdafiə naziri Lloyd Ostinin zəiflik göstərməməsinin və ABŞ-nin cavab hücumu ilə bağlı "qırmızı xətlər"inin nələr olduğunu açıq şəkildə bildirməsinin vacib olduğunu söyləyib.

"İran olmasaydı, husilər olmazdı. Husilər tamamilə İran tərəfindən dəstəklənir. Altı aydır deyirəm, İranı vurun. Açıq havada neft yataqları, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kosmosdan görə biləcəyiniz qərargahları var, onları xəritədən silin", - Qrem bildirib.

İranın dəstəklədiyi terrorçu qruplaşma ("Kətaib Hizbullah") yaxınlarda ABŞ-nin İraqdakı bazalarını hədəfə alıb, nəticədə 3 hərbçi yaralanıb. Yəməndə İranın dəstəklədiyi "Ənsarallah" qruplaşması (Husilər) ABŞ-nin Qırmızı dənizdəki hərbi gəmilərini PUA-larla hədəfə alıb. Amerika hərbçiləri bütün hücumlara cavab verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.