Dünya

Trampdan "Evdə tək 2" filmində rol alması ilə bağlı ETİRAF

30 Dekabr 2023 03:50
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib ki, ona filmin rejissoru Kris Kolumb "Evdə tək 2" (1992) filmində rol almağı xahiş edib.

​Milli.Az baku.ws-ə istinadən bildirir ki,  "30 il əvvəl (zaman necə keçir) rejissor Kris Kolumb və başqaları məndən "Evdə Tək 2" filmində rol almağım üçün xahiş etdilər", - o qeyd edib.

Qeyd edək ki, 1992-ci ildə çəkilən filmdə Tramp özünü canlandırır.

Kiçik bir epizodda o, baş qəhrəmana - itmiş oğlan Kevinə kömək edir - ona otel holluna necə getməyi izah edir.

Bütün epizod təxminən 10 saniyə davam edir. O, Makoley Kalkinin canlandırdığı baş qəhrəmanın otelin foyesinə necə gedəcəyini göstərir.

Siyasətçinin sözlərinə görə, bu film Milad bayramının ən böyük hitlərindən biridir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.