Dünya

İsrail ordusu Livanla sərhəddə yüksək hazırlıq elan etdi

28 Dekabr 2023 07:26
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Qüvvələri (IDF) müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasda deyib.

Ordunun mətbuat xidməti Baş Qərargah rəisinin bəyanatlarını yayıb: "Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir".

İndiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.