Dünya

Yeni prezident fövqəladə vəziyyət elan etdi

21 Dekabr 2023 08:52
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina Prezidenti Xavyer Miley 2025-ci ilin dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hökumət qəzetində dərc olunub.

"2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, vergi, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin", - sənəddə deyilib.

Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliklər edir.

Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.