Dünya

Zelenski ailəsinin harada olduğunu açıqladı

20 Dekabr 2023 08:48
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ailəsinin harada olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Zelenski bu haqda bu gün keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə Ukraynada universitetdə dərslərdə iştirak edir.

"Onların burada olduqlarına görə şadam", - Zelenski əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukrayna Prezidenti ailə üzvlərini xaricə aparmaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, övladlarının ölkə üçün belə ağır bir vaxtda "xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsi" ədalətsizlik olardı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.