Dünya

Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq?

19 Dekabr 2023 07:13
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kim deyir ki, Azərbaycan həmişə rusiyayönlü olacaq və Qarabağa görə Moskvaya sadiq qalacaq? Bakı sadəcə olaraq hesab edir ki, Moskva, nəhayət, düzgün mövqe tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov erməni mediasına ("Güc faktoru" proqramına) açıqlamasında deyib.

"Ermənistanla bağlı sual da yaranır: Fransa silahları Qarabağın qaytarılmasına kömək edəcəkmi və yaxud Qərb hansısa təminat verə bilərmi? Qərb göstərdi ki, seçim etməyə o qədər də hazır deyil və bu seçimi də etməyəcək", - o bildirib.

Onun sözlərinə görə, Moskvanın Qərblə münaqişəyə görə daha çox Türkiyə və Azərbaycana üz tutacağı, Qərbin də bu səbəbdən həmişə Ermənistanın yanında olacağına ümid artıq yoxdur:

"Yəqin ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq, yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq, sovet ətaləti də olmayacaq. Bu münasibətlər daha praqmatik olacaq, amma olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.