Dünya

Mərcan adaları yox olmaq ərəfəsindədir

17 Dekabr 2023 10:15
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın dəniz sərhədlərində yerləşən 10-dan çox mərcan adası yox olma təhlükəsi ilə üzləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticələri "Science of the Total Environment" jurnalında dərc olunan tədqiqatlar ümumilikdə 56 mərcan adasını əhatə edib, iqlim dəyişikliyi və su səviyyəsinin yüksəlməsinin adalara təsiri araşdırılıb.

Tədqiqatlar zamanı məlum olub ki, dəniz suyunun səviyyəsinin yüksəlməsi adaların mövcudluğunu təhlükə altında qoyur. Şimali Avstraliya şelfində yerləşən 3 mərcan adasına iqlim dəyişikliyin təsiri çox yüksək qiymətləndirilib.

Mərcan dənizində Kvinslend sahillərində yerləşən daha 11 ada da yüksək riskli kimi təsnif edilib.

Adaların yoxa çıxması dəniz sərhədlərinə də təsir göstərəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.