Dünya

Nazarbayev: “Dünya nüvə fəlakətinə həmişəkindən daha yaxındır”

13 Dekabr 2023 07:15
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda dünya nüvə fəlakətinə həmişəkindən daha yaxındır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev deyib.

Ölkənin keçmiş liderinin sözlərini onun mətbuat xidməti sitat gətirir.

"Biz nüvə fəlakətinə əvvəlkindən daha yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərksilahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil", - deyə Nazarbayev "Astana Klub"un iclasında bildirib.

Qazaxıstanın keçmiş lideri 2019-cu ildə nüvə təhlükəsizliyi və nüvə silahından azad dünya üçün Qlobal Liderlər Alyansının (GAL) yaradılmasını təklif etdiyini də xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.