Dünya

"Kurtlar Vadisi" ilə tanınan məşhur iş adamı GÜLLƏLƏNDİ - Vəziyyəti ağırdır...

10 Dekabr 2023 22:13
Baxış: 3 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli iş adamı Sərdar Sözbir İstanbulun Ataşehir rayonunda güllələnib.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, iş adamı restoranda yemək yedikdən sonra maşını ilə evə gedib. O, Ataşehir ətrafında bir nəfərin nəzarətsiz şəkildə ətrafa atəş açdığını görüb. Atəş açan şəxsə xəbərdarlıq edən iş adamı yaranan mübahisə zamanı güllələnib. Sükan arxasına keçən Sözbir 2 kilometr uzaqlıqdakı özəl xəstəxanaya gedib və orada reanimasiyaya yerləşdirilib.

Hazırda polis hadisə yerindən qaçan cinayətkarı axtarır.

Qeyd edək ki, iş adamı "Kurtlar Vadisi" və "Min bir gecə" kimi məşhur serialların çəkilişlərinin aparıldığı otelin hissələri ilə bağlı qardaşları arasında məhkəməsi ilə gündəmə gəlib.

Eyni zamanda, Sərdar Sözbir Zəfər Partiyasının qurucularındandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.