Dünya

Turistlər Eyfel qülləsini ən məyusedici görkəmli yer adlandırdılar

7 Dekabr 2023 08:19
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"OneTwoTrip" xidmətinin istifadəçiləri məşhur attraksionlar arasında Eyfel qülləsinin onları ən çox məyus etməsinə səbəb olduğunu bildiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, antireytinqdə respondentlərin 3%-i Eyfel qülləsini qeyd edib. Daha sonra bu siyahıda Kolizey (1,5%) və Piza qülləsi (1%), həmçinin müxtəlif xarabalıqlar və qazıntılar yer alıb.

Bundan əlavə, səyahət edənlərin 67%-i attraksionların baha olmasından şikayətlənib. Həmçinin respondentlərin 29%-i turizm obyektlərinin pis vəziyyətdə olduğunu, 27%-i isə ziyarətçilərin çoxluğunu qeyd ediblər. Turistlər arasında narazılığın digər səbəbləri arasında attraksionların fotoşəkillərlə uyğunsuzluğu (18%), biletlərin yüksək qiyməti (12%) və görkəmli yerlərə gedən yolların çətin olması (10%) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.