Dünya

Kissincerin Fələstinlə bağlı son açıqlaması...

3 Dekabr 2023 18:11
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer son müsahibəsində bildirmişdi ki, müstəqil Fələstin dövləti yaradılmamalıdır, çünki bu, İsrailə bir daha hücum edilməyəcəyinə zəmanət vermir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

"Ərəb dünyası ilə İsrail arasında danışıqlara üstünlük verirəm, çünki İsraillə fələstinlilər arasında birbaşa danışıqları elə də səmərəli görmürəm. Bir tərəfin İsraili devirməkdə qərarlı olduğu iki dövlətli həll yoluna getməkdənsə, İordaniyanın qərb sahilini İordaniyanın nəzarəti altına verməyin lazım olduğuna inanıram", - nəşr Kissincerin açıqlamasını təqdim edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer noyabrın 30-da 100 yaşında vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory