Dünya

Ağ Ev humanitar atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırdı

2 Dekabr 2023 08:35
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları Qəzza zolağında humanitar atəşkəsin bərpası üçün İsrail, Misir və Qətər səlahiyyətliləri ilə işləyir və atəşkəsi pozmaqda Fələstinin radikal HƏMAS hərəkatını günahlandırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

"Qəzzada humanitar fasilənin bərpası üçün İsrail, Misir və Qətərlə əməkdaşlığı davam etdirməkdən məmnunam. Ancaq açıq deyək - atəşkəs məhz HƏMAS-a görə başa çatıb, onlar sadəcə olaraq girovların siyahısını təqdim etməyiblər, bu da atəşkəsin uzadılmasına imkan verəcəkdi"-deyə, o bildirib.

Kirbi vurğulayıb ki, humanitar fasiləni bərpa etmək üçün HƏMAS sonradan azad ediləcək girovların siyahısını təqdim etməlidir.

"Çox güman ki, onların mübadilə imkanına uyğun gələn və lazım olan digər qadın və uşaqları var. Biz, dediyim kimi, atəşkəsi bərpa etməyə yönəlmişik ki, əlavə girov mübadiləsi aparılsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.