Dünya

Mişeldən Orbana cavab: Ukrayna ilə sazişimiz var

2 Dekabr 2023 07:33
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim Ukrayna ilə assosiativ sazişimiz var və bu, Ukrayna ilə sıx əməkdaşlıq üçün bir çox imkanlar təqdim edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Macarıstan Baş naziri Viktor Orbanın Ukraynanın AB üzvlüyü ilə bağlı təklifinə cavabında deyib.

"Dekabrda 27 həmkarımızla dərin müzakirələr aparacağıq ki, hansı qərarı qəbul edək", - Mişel söyləyib.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban Ukraynanın AB-yə daxil olması ilə bağlı həll təklif edib: "Avropa Birliyi üzvlüklə bağlı danışıqlara başlamaqdansa, ilk növbədə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.