Dünya

Fransa Qazaxıstan və Özbəkistana öz qırıcılarını təklif edir

26 Noyabr 2023 23:28
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Qazaxıstan və Özbəkistana öz "Rafale" qırıcılarını təklif edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "La Tribune" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransanın "Dassault Aviation" şirkəti bu istiqamətdə "bir neçə aydır" işləyir, Qazaxıstan və Özbəkistan isə "Rafale" qırıcıları ilə maraqlanmağa başlayıblar.

"La Tribune" Özbəkistanın 24-ə qədər döyüş təyyarəsi ala biləcəyini qeyd edib. Eyni zamanda, ola bilsin ki, Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxsın.

Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir, lakin bu ölkəyə "Rafale" qırıcılarının tədarükü perspektivləri "daha ​​uzaq görünür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.