Dünya

Keçmiş baş nazir xain elan edildi

25 Noyabr 2023 20:35
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin keçmiş baş naziri Ehud Barak ölkədəki bəzi dairələr tərəfindən xain elan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Barakın xain elan edilməsinə səbəb bir neçə gün əvvəl CNN kanalına Qəzzadakı "Əş-Şəfa" xəstəxanası ilə bağlı açıqlaması olub.

Qeyd edək ki, E.Barak açıqlamasında İsrailin təxminən 40-50 il bundan əvvəl "Əş-Şəfa" xəstəxanasının altında sığınacaqlar tikdiyini deyib. Keçmiş baş nazirin bu sözləri İsrail ordusunun sözügedən xəstəxananın altında "HƏMAS-ın əsas hərbi qərargahının" olması ilə bağlı iddialarının ciddi sual altına düşməsinə səbəb olub.

Ehud Barakın ofisi elə həmin gün Feysbuk hesabından məsələyə aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, sabiq baş nazirin sözləri kontekstdən çıxarılaraq başqa formada ictimaiyyətə təqdim edilib. Əslində isə E.Barak İsrailin Qəzzanı nəzarətdə saxladığı zaman xəstəxananın tutumunu artırmaq üçün sığınacaqlar tikdirdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.