Dünya

Keçmiş baş nazir agent kimi tanındı - FOTO

24 Noyabr 2023 23:11
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında yerləşdirilib.

"Kasyanov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.

Xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür", - deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Mixail Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsini tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.