Dünya

Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxardı

18 Noyabr 2023 07:02
Baxış: 824
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı sərəncam dövlət başçısının aparatının saytında yerləşdirilib.

Tarasovskinin vəzifədən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.

Bundan əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirmişdi ki, Qərbin yardımının azaldılması Kiyevdə vəziyyəti daha da çətinləşdirəcək.

O qeyd edib ki, gələn il çətin lakin eyni zamanda vacib olacaq. Bundan əlavə, o, Kiyevin tərəfdaşlarını resursları səpələməməyə və onları sosial baxımdan aktual olan sahələrə cəmləşdirməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.