Şimali Koreyanın qaçırdığı Cənubi Koreyalı aktyorlar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şimali Koreyanın dünyadan təcrid edildiyini bilirik. Kim Çen İrin Cənubi Koreya sənətçilərini sırf öz zövqü üçün ölkəsinə gətirdiyini çoxumuz bilmirik.
Milli.Az sfera.az-a istinadən bu mövzunun təfərrüatlarını təqdim edir.
Bugünkü Şimali Koreya lideri Kim Çen Inın atası Kim Çen İr ölkədə kommunist sistemini inkişaf etdirən lider kimi görünürdü.
Kim Çen İrin hakimiyyəti dövründə Şimali Koreya dünyanın qalan hissəsindən təcrid olunmuşdu. Ölkədə əsasən hərbi inkişaf ön planda idi.
Ölkəyə tətbiq edilən hərbi rejim və təzyiqlər səbəbindən əyləncə sənayesində aktyor və sənətçi çatışmazlığı var idi, Şimali Koreya istisna olmaqla, istənilən media istehsalı qadağan edilmişdi.
Bundan şikayət etməyə başlayanlar isə təkcə insanlar deyil, həm də Kim Çen İr özü olub. Lider Koreyanın dağılmasından əvvəlki dövrdən iki məşhur aktyora göz qoymuşdu. Shin (Şin) Sang-Ok və Choi (Çoy) Eun-Hee 1960-cı illərdə Cənubi Koreyanın ən məşhur və uğurlu sənətçiləri hesab olunurdular. Lakin 1970-ci illərdə baş verən kinematoqrafiya inqilabı hər iki aktyorun tənəzzülünə səbəb olmuşdu.
1978-ci ildə Çoy Eun-Heeyə Honq-Konqdan bir film prodüseri tərəfindən zəng gəlir və ona möhtəşəm bir təklif edilir. Bu təklif külli miqdarda pul müqabilində yeni Çin filmində çəkilmək olub.
Növbəti həftə aktyor, bu "rejissor"la görüşmək üçün Honq Konqa gedir. Bu "kinorejissor" aktyoru qaçırıb Kim Çen İrə gətirmək üçün işə götürülən rus agenti idi. Ancaq plan bir az daha mürəkkəb idi. Rus agent ona imzalamaq üçün müqavilə təqdim edib və filmin çəkilişlərinin uzaq bir adada olduğunu bildirib. Bu "uzaq adaya" səyahət zamanı Çoy Eun-Hee qaçırılaraq gəmiyə mindirilib. Yuxudan oyananda aktyor artıq Şimali Koreyada idi.
1977-ci ildə birlikdə bir kinoda çəkilərkən Çoy və Şin arasında mübahisə yaransa da, Şin Çoyun qaçırıldığı barədə şayiələri eşidəndə onu axtarmaq üçün Honq Konqa gedir.
Şin həmkarlarına Çoyu axtardığını deyir. O, Çoyun oğurlanmasından şübhələnirdi. Şimali Koreyaya işləyən dostlarından biri xəyanət edir. Şin də zorla Şimali Koreyaya aparılır. Ölkəyə gələndə onlarla əməkdaşlıq etmək istəmədiyi üçün 4 ilə yaxın həbs düşərgəsində saxlanılır.
Bir müddət sonra o, təslim olub və Şimali Koreya hökuməti ilə əməkdaşlıq etmək qərarına gəlib. Çoy və Şin Şimali Koreyada məcburi saxlanmalarına baxmayaraq birlikdə olmaqlarından xoşbəxt idilər.
Kim Çen hətta Şimali Koreyaya daha keyfiyyətli filmlər gətirmək üçün mediasında həmişə mövcud olan kommunist təbliğatını da dayandırmışdı.
Dörd il ərzində Çoy və Şin Şimali Koreyalılar üçün çoxsaylı filmlərdə çəkildilər və yeni filmlərdə rol aldılar. Lakin, gedişat onları heç vaxt azad etməyəcəklərini göstərirdi.
Zamanla iki sənətçi Kim Çen İrin etibarını qazanıb. Bununla belə, 1986-cı ildə Vyana film festivalına böyük şans kimi baxırdılar. Aktyorlar uyğun bir dildə Kim Çendən mükafat qazanmaq şansı üçün festivala gedib-getməyəcəklərini soruşub. Kim Çen razılaşıb və hər iki aktyorun ölkəni nəzarətsiz tərk etməsinə icazə verib. Ölkəyə çatan kimi, aktyorlar CIA himayəsi altında Vyanadakı ən yaxın ABŞ səfirliyinə qaçıb. Onlar ABŞ-dan sığınacaq istəyir.
İki aktyor dərhal Amerikaya aparılır və Los-Ancelesdə yeni həyata başlayıblar.
Cütlük daha sonra evlənərək azad həyata başlayıb.
Təəssüf ki, Şin Sang-ok 2006-cı ildə vəfat edib. Çoy Eun-Hee isə 2018-ci ildə 91 yaşında dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Səhər həkimdən mənə şəkil göndərdi, çox narahat oldum" - (Video)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı





