Dünya

Moskvadan İrəvana daha bir xəbərdarlıq: Ciddi risk edirsiniz

15 Noyabr 2023 23:04
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üçtərəfli sazişlər çərçivəsindən kənarda ABŞ və Aİ-nin göstərişi ilə Ermənistan ciddi riskə gedir və regional infrastrukturdan kənarda qala bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"ABŞ və Aİ bir çox yerlərdə qarant rolunda çıxış edirlər, lakin müsbət bir şey edə bilmirlər. Çox vaxt onlar çox şey vəd edir, az iş görür və vəziyyətdən yalnız öz məqsədləri üçün istifadə edirlər. Rusiyaya nifrət onların gündəmindədir, anti-Rusiya addımları onlar üçün yol xəritəsidir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

"ABŞ və Aİ region ölkələrinin gələcəyinə biganədir. onların məqsədi hamını bir-birinə qarşı qoymaqdır",- deyə Zaxarova əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.