Dünya

ABŞ 750 milyon dollarlıq yeni təyyarəni sınaqdan keçirdi

13 Noyabr 2023 08:07
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrinin B-21 "Raider" bombardmançı təyyarəsi ilk uçuşunu edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hərbi Hava Qüvvələrinin rəhbərləri "B-21"-in ilk uçuşunu açıqlamayıblar.

Sələfi "B-2" ilə eyni uçan qanad formasında olan "B-21" uzaqmənzilli və havada yanacaq doldurma imkanlarından istifadə etməklə həm adi, həm də nüvə silahlarını daşıya biləcək.

Təyyarənin birinin təxminən 750 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.