Dünya

ABŞ mətbuatı Blinkeni sərt tənqid etdi: "Bu, utancvericidir"

9 Noyabr 2023 12:22
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ mətbuatı dövlət katibi Antoni Blinkeni sərt tənqid edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "The Nation" nəşri yazıb.

Bildirilib ki, A.Blinkenin Yaxın Şərqə səfəri və ABŞ-nin bu regionla bağlı siyasəti utancvericidir.

Qeyd olunub ki, ABŞ-nin Yaxın Şərq strategiyası uğursuz olacaq.

Bundan başqa, A.Blinkenin bir neçə gün əvvəl Türkiyəyə səfərinə də toxunulub. Xatırladılıb ki, o, ancaq Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdü, Prezident Rəcəb Tayyib Ərdoğan isə dövlət katibini qəbul etmək istəmədi.

Həmçinin, vurğulanıb ki, A.Blinkenin Misir və İsrail səfərləri də uğursuz olub.

Qeyd edək ki, A.Blinken noyabrın 3-də İsraildə olub. Daha sonra noyabrın 6-da o, Ankaraya gedib və H.Fidanla görüşüb. Tərəflərin soyuq görüşməsi və müzakirələrdən sonra birgə mətbuat konfransının keçirilməməsi mətbuatda ciddi müzakirələrə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.