Dünya

Ruslar 3 həftədə 7 min hərbçi itirdi

7 Noyabr 2023 08:57
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son üç həftə ərzində Rusiya qüvvələri Donetsk vilayətinin Avdeyevka şəhəri istiqamətində hücumlarda ciddi itki verib. Ruslar yüzlərlə tank itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin mexanikləşdirilimiş 47-ci əlahiddə briqadası məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçilərinin müqaviməti sayəsində qarşı tərəfi şəhəri mühasirəyə ala bilməyib:

"Üç həftədə aktiv hücumlarda ruslar yüzlərlə tankını, 250-yə yaxın digər texnikasını itirdi. Ukraynalı hərbçilər həmçinin təxminən 7 min işğalçını zərərsizləşdirib, yaxud yaralayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.