"İraqın İslami Müqavimət Hərəkatı" Suriya və İraqda ABŞ-ın 4 hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"İraqın qərbində yerləşən Amerika hərbi bazası Ayn əl-Asad üç dəfə ardıcıl hücuma məruz qalıb", - "Masrawy" portalının yaydığı bəyanatda deyilir.
Bundan əlavə, hərəkat bildirib ki, şiə qüvvələri ABŞ-ın İraq Kürdüstanında (İraqın şimalındakı muxtar bölgə) Ərbil inzibati mərkəzinin şimalında yerləşən bazasına hücum edib. Hücumların nəticələri barədə məlumat verilmir.
Milli.Az