Dünya

Türkiyə və Misir Qəzza ilə bağlı RAZILAŞDI

5 Noyabr 2023 20:35
Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankara və Qahirə minlərlə yaralının Qəzza zolağından Misirə daşınması üçün birgə işləyir.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Misirli həmkarı Xalid Abdel Qaffar ilə telefon danışığı aparan nazir bildirib ki, bu, "Rəfah" keçid məntəqəsi vasitəsilə həyata keçiriləcək:

"Təcili müalicəyə ehtiyacı olan təxminən 1000 xəstə və yaralının "Rəfah" sərhəd keçid məntəqəsi vasitəsilə Misirə gətirilməsi üçün çalışırıq".

Qeyd edilir ki, söhbət Qəzzada fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Türkiyə-Fələstin Dostluq Xəstəxanasında müalicə alan xərçəng xəstələrindən də gedir.

Nazirin sözlərinə görə, əvvəlcə onlar və vəziyyəti ağır olanlar Misirə, oradan isə təcili yardım təyyarələri və xəstəxana gəmisi ilə Türkiyəyə aparılacaq:

"Biz cənab nazirlə razılaşdıq ki, bu həyati əhəmiyyətli layihənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.