Dünya

“Kiyev “sülh formulunu” yenidən nəzərdən keçirməyə razılaşıb”

2 Noyabr 2023 20:24
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Maltadakı görüşdən sonra ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan ilə telefonda "sülh formulu"nu müzakirə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Yermak öz teleqram kanalında məlumat verib.

"Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulunu" yenidən nəzərdən keçirməyə razılaşıb", - o bildirib.

Qeyd edək ki, oktyabrın 28-29-da Maltada Ukrayna "sülh formulu" ilə bağlı görüş keçirilib. İştirakçılar arasında G7 ölkələri, Cənubi Afrika, Qətər, Türkiyə və Hindistan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.