Dünya

Kadırovdan Mahaçqala hava limanındakı iğtişaşlara münasibət

31 Oktyabr 2023 07:49
Baxış: 2 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı ilk dəfə danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kadırov baş verənləri yolverilməz adlandırıb.

Kadırov bildirib ki, Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti içəridən sarsıtmaq olmaz: "Yəhudi millətindən olan insanları axtarmaq üçün mitinqlər keçirmək, hava limanlarını dağıtmaq və zorakılığa çağırmaq olmaz. Biz bütün bunlardan üstün olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər hər bir halda yolverilməzdir və bunun qarşısı çox sərt alınacaq".

Çeçenistan rəhbəri eyni zamanda qeyd edib ki, İsrail dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya özünün əsl simasını göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.