Dünya

Təyyarə Baydenin evinə yaxınlaşdı, qırıcılar havaya qaldırıldı

29 Oktyabr 2023 23:15
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden Vilminqtondakı evində olarkən mülki təyyarə Delaver ştatının məhdudlaşdırılmış hava məkanını pozub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna cavab olaraq qırıcılar havaya qaldırılıb.

Ehtiyat tədbirindən sonra mülki təyyarə təhlükəsiz şəkildə yaxınlıqdakı hava limanına enib.

Bildirilir ki, baş verənlər prezidentin fəaliyyətinə heç bir şəkildə təsir etməyib. Məxfi Xidmət və Federal Aviasiya Administrasiyası insidentlə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.