Dünya

Şahramanyandan ŞOK: "Bakı ilə əlaqə saxladım, Babayan və Balasanyanı..."

28 Oktyabr 2023 22:41
Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində deyib.

""Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan tərəfdən mənfi cavab aldım.

Sonra danışıqlar nəticəsində biz sentyabrın 20-də hərbi əməliyyatların (qondarma rejim tərəfindən) dayandırılmasını, "Silahlı Qüvvələr"in buraxılmasını, Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, hərbi texnikanın təhvil verilməsini nəzərdə tutan sənəd qəbul etdik", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.