Dünya

“Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”

28 Oktyabr 2023 11:47
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir".

Milli.Az xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında gürcü politoloq, professor Badri Naçkebiya deyib.

Onun sözlərinə görə, bu prosesə QHT-lər, digər ölkələrin nümayəndələri və fərqli institutları cəlb ediblər:

"Onların əli ilə çevrilişə cəhd göstərirlər. Təbii ki, bu da dövlətimizi ciddi təhlükə altına atır. Çox təəccüblüdür ki, bu cür işlər üçün maliyyə axını elə bizə tərəfdaş olan ölkələrdən gəlir. Bu isə bizdə həm təəssüf, həm də təlaş hissi doğurur. Çünki Gürcüstanın suverenlik maraqları başqa ölkələrin diktəsi ilə hərəkət etmək yox, öz ölkəsinə və əhalisinə qayğı göstərməkdir".

B.Naçkebiya Gürcüstan ictimaiyyətinin bu məsələyə həssas yanaşacağına əmindir:

"Bütün bu təhlükələrdən yayınmaq üçün də Gürcüstan xüsusi xidmət orqanları öz işlərini görürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.