Dünya

Avropanın mərkəzində bu şəxslərə ev, iş verilmir - Rasizm pik həddə

26 Oktyabr 2023 12:33
Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada irqi-ayrı seçkilik sürətlə yayılmaqda davam edir. Avropa Birliyində yaşayan Afrika əsilli insanların demək olar ki, yarısı gündəlik həyatlarında ayrı-seçkiliyə məruz qalır. İrqçiliklə bağlı ən çox şikayət isə Almaniya və Avstriya ilə bağlıdır. Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin (FRA) direktoru Maykl O'Flahertinin araşdırmasının nəticələri də bunu deməyə əsas verir.

Milli.Az bildirir ki, FRA-nin direktoru Maykl O'Flaherti Avropa 13 ölkə ( Fransa, Almaniya, Avstriya, Belçika, Danimarka, İspaniya, Finlandiya, İrlandiya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya və İsveç ) arasında apardığı sosial araşdırmaların nəticələrini Vyanada təqdim edib. O, bildirib ki, yuxarıda adıçəkilən ölkələrdə irqçiliyin qabarıq şəkildə üzə çıxdığını vurğulayıb. Məlumatda Aİ-də yaşayan Afrika əsilli insanların 45 faizinin son beş ildə irqi ayrı-seçkiliyin qurbanı olduğu qeyd edilib. Eləcə də, bu rəqəmin 2016-ci ildə 39 faiz olduğu bildirilib.

Almaniyada sorğuda iştirak edənlərin 76 faizi, Avstriyada isə 72 faizi dəri rəngi və dininə görə diskriminasiyaya məruz qaldıqlarını etiraf edib. Onlar bunu işə qəbul olunarkən, qalmağa ev axtararkən, təhsil müəssisələrində daha çox hiss edirlər. Soğru nəticəsində məlum olub ki, Avropada yaşayan Afrika əsillilərin sözügedən ölkələrdə işlə təmin olunmaları üçün yüksək qabiliyyətləri olmalıdır, onlar həddindən artıq ixtisaslı olmalıdırlar. Həmçinin, bu ölkələrdəki infilyasiyanın artması da onlarla əlaqələndirilir. Onların yoxsulluq riski bu rəqəmlərə ciddi şəkildə təsir edir.

Bundan əlavə, Almaniyada küçədə kimlik yoxlamaq üçün saxlanılan şəxslərin 69 faizi bu şəxslər olub.

FRA direktoru Maykl O'Flaherti 2016-cı ildəki son sorğudan sonra heç bir irəliləyişin olmamasının təəssüf doğurduğunu qeyd edib. O bildirib ki, bu mənfi hal günü-gündən artmaqdadır.

Qeyd edək ki, sorğuda ümumi 7000-ə yaxın Afrika əsilli şəxs iştirak edib.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.