Dünya

Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilir

26 Oktyabr 2023 09:11
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu ilki forumda 60 ölkədən siyasi liderlər və biznes təmsilçiləri, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla təxminən 2000 nümayəndənin iştirakı gözlənilir.

Azərbaycanı bu ilki forumda Baş nazir Əli Əsədov təmsil edir.

Beynəlxalq tədbirin açılış mərasimində Baş nazir Əli Əsədovla yanaşı Ermənistan Baş naziri Nikol Paşinyanın, həmçimin Monteneqro Baş naziri Dritan Abazoviçin çıxış edəcəyi bildirilib.

İki gün davam edəcək forumun əsas missiyasının və mövzusunun "dayanıqlı sabah üçün bu günü əlaqələndirmək" olduğu bildirilib.

Forumda əsas müzakirə mövzularının Şərq-Qərb ticarət arxitekturası, "Orta dəhliz"in rolunun artırılması, enerji sektorunun şaxələndirilməsi, dayanıqlı turizm, dayanıqlı gələcək naminə investisiyaların şaxələndirilməsi olduğu bildirilib.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu daha əvvəl 2015, 2017, 2019-cu illərdə keçirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.