Dünya

Türkiyə səfirliyi hücuma məruz qaldı

25 Oktyabr 2023 20:05
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, səfirliyin girişinə boya və tüstü bombaları ilə hücum edilib.

Helsinki polisinin sosial media hesabında edilən paylaşımda səfirlikdə görünən tüstüdən sonra polis və xilasetmə qruplarının hadisə yerinə gəldiyi paylaşılıb.

Səfirlikdən verilən məlumata görə, maskalı şəxslər boya və tüstü bombaları ilə hücum edib.

Hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.