Dünya

Daha bir HƏMAS komandiri MƏHV EDİLDİ

25 Oktyabr 2023 13:55
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın komandirlərindən biri, hərəkatın dəniz qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Təyyassir Mübəşiri öldürdüyünü açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə IDF öz teleqram kanalında məlumat yayıb.

Qeyd olunur ki, o, vaxtilə HƏMAS-ın dəniz qüvvələrinin komandanı olub.

İsrail ordusunun məlumatına görə, Mübəşir "Əl-Qəssam briqadaları" qruplaşmasının komandiri Məhəmməd Əd-Deyfin qohumudur.

Məlumata görə, o, İsrailə qarşı hücumlara nəzarət edib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail "Dəmir Qılınclar" əməliyyatına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.