Dünya

İsveç NATO-ya üzv olmalıdır - Baş katib

24 Oktyabr 2023 15:33
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

NATO-nun Baş katibi Yens Stoltenberq hərbi bloka üzv ölkələrə ünvanladığı məktubda İsveçin noyabrın 28-29-dan gec olmayaraq alyansa üzv qəbul edilməli olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması barədə protokolu baxılması üçün parlamentə təqdim edib. Prosedura əsasən, sənədə əvvəlcə beynəlxalq məsələlər üzrə komissiyada baxılacaq, təsdiqlənəcəyi təqdirdə parlamentdə səsverməyə qoyulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.