Dünya

Pentaqon İsrailə BU HALDA ordu göndərəcək

22 Oktyabr 2023 21:19
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ ordusu İsrail və HƏMAS arasında münaqişədə yeni tərəflər meydana çıxacağı təqdirdə hərəkətə keçməyə hazırdır".

Milli.Az report-a istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin bəyan edib.

"Əgər hər hansı ölkə və ya qrup bu münaqişəni genişləndirməyə çalışırsa, mənim məsləhətim odur ki, buna cəhd etməyin. Özümüzü müdafiə etmək hüququmuz var və lazım gələrsə, bunu etməkdən də çəkinməyəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də "HƏMAS" İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə daxil olaraq onlarla hərbi texnikanı və yüzdən çox mülki şəxsi girov götürüb. Bunun fonunda Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı "Dəmir Qılınclar" adlandırılıb və məqsədlərindən biri də "HƏMAS"ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında "HƏMAS"ın yüzlərlə hədəfinə zərbələr endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.