Dünya

Ukrayna NATO-ya cəhd etməsin, bacarmayacaq - Şröder

22 Oktyabr 2023 14:07
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna NATO-ya üzv olmağa çalışmamalıdır, xüsusən ona görə ki, Kiyev hələ alyansa daxil olmaq üçün şərtləri yerinə yetirə bilməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

Şröder ciddi problem kimi ölkədə ikidilliliyə qoyulan qadağanı göstərib: "Kiyev ölkədə ikidilliliyə qoyulan qadağanı aradan qaldırmalıdır".

O, Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu və BMT TŞ ilə Almaniyanın bunu təmin etməli olduğunu vurğulayıb.

Bundan əlavə, o, qeyd edib ki, Rusiya üçün Krım sadəcə region deyil, onun tarixinin bir hissəsidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.